Türkiyə iyulun 1-dən gəmilərin İstanbul və Çanaqqala boğazlarından keçməsinə görə rüsumları 8%-dən çox artıracaq.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Aydınlıq” qəzeti Nəqliyyat və İnfrastruktur Nazirliyi yanında Dənizçilik Baş İdarəsinin qərarına istinadən məlumat yayıb.
Oktyabr ayında Türkiyə rəsmiləri rüsumu birdən-birə 5 dəfə artıraraq 4,08 dollara çatdırıb. Keçid rüsumu 1936-cı ildə Montrö Konvensiyasının imzalanmasından bəri qızıl frankı əsasında hesablanır. İmzalanma zamanı qızıl frankı 0,8 dollara bərabər tutulur.
Nəşrə görə, bir ticarət gəmisinin xalis tonajı üçün “qızıl frankının vergilər və ödənişlər (mayak, sökülmə və sanitar yoxlama) baxımından əsas dəyəri 4,42 dollar olaraq təyin edilmişdir. Beləliklə, yığımların artımı 8,3% təşkil edəcək. Qəzetin qeyd edir ki, əvvəlki illərdə gəmilərin keçidindən əldə edilən gəlir pilotluq və yedəkləmə xidmətlərini nəzərə almasaq, təxminən 160-170 milyon dollar təşkil edib və 2023-cü ildə 900 milyon dollara çata bilər.
Qərara alınıb ki, qızıl frank sabit olmadığından, hər il iyunun sonunda Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən yenilənsin. Qeyd edək ki, 1936-cı il Montrö Konvensiyası Qara dənizdən Aralıq dənizinə qədər Türkiyənin Bosfor və Dardanel boğazları üzərində suverenliyini bərpa edən sənəddir. Konvensiyanın 19-cu maddəsinə əsasən, Türkiyə savaş vəziyyətində olan ölkələrin gəmiləri üçün boğazları bağlaya bilər. İstisna yalnız dayanacağa qayıdan gəmilər üçün nəzərdə tutulur.
//Samir Qurbanov,Editor.az

