Türkiyə gəmisi Rumıniya sahillərində qəzaya uğradıbackend

Türkiyə gəmisi Rumıniya sahillərində qəzaya uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 6-da Türkiyə Dəniz Administrasiyası İzmailə gedən Türkiyə bayrağı altında üzən yük gəmisinin yaxınlığında baş vermiş partlayış faktını təsdiqləyib.

Editor.az “Reuters” istinadən xəbər verir ki, dünən dünən Rumıniya sahillərində Türkiyə Dəniz Təşkilatına mənsub “Kafkametler” gəmisindən 15-20 metr məsafədə partlayış baş verib. Buna baxmayaraq gəmi yükünü çatdırmaq üçün təyinat yerinə hərəkətə davam edib.

“Kafkametler” yük daşıyıcısının operatoru bildirib ki, ekipaj tam təhlükəsizdir və gəminin texniki xidmətə ehtiyacı yoxdur. Gəminin kapitanı ayrıca qeyd edib ki, baş verən partlayışın səbəbi aydınlaşdırılmasa da, buna Qara dənizdəki dib minasının səbəb olduğu açıq-aydındır. Lakin bununla bağlı hələlik heç bir sübut yoxdur.

//Samir Qurbanov, Editor.az