Türkiyə gəmisində partlayış baş verib, xəsarət alanlar varbackend

Türkiyə gəmisində partlayış baş verib, xəsarət alanlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Fethiyesi sahillərində “Serenity Ac” yük gəmisinin göyərtəsində partlayış baş verib.

Editor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Partlayış baş verən zaman 75 metrlik Niue bayraqlı gəmi lövbərdə olub.

Hadisənin səbəbləri hələ də məlum deyil. Gəminin nə daşıdığı və göyərtəsində neçə nəfərin olduğu açıqlanmayıb. Hadisə ilə bağlı sahil mühafizəsinə məlumat verilib və gəmiyə xilasedicilər və polis qayıqları göndərilib. Yaralılar Fethiye xəstəxanalarına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.

//Samir Qurbanov, Editor.az