“Türkiyə hər zaman Rusiyanın qəsdli güzəştlərinin qarşısını alacaq”-AÇIQLAMAbackend

“Türkiyə hər zaman Rusiyanın qəsdli güzəştlərinin qarşısını alacaq”-AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hərbi attaşelər və media nümayəndələri Sarıbaba istiqamətində mina sahəsinə baxış keçiriblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində noyabrın 21-də Sarıbaba yüksəkliyinin şimal istiqamətində qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahəsi aşkar edilib.

Ərazidə aparılan minatəmizləmə tədbirləri nəticəsində 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
2020-ci il 10 noyabr bəyanatında öz əksini tapmış məsələlərdən biri də məhz Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzin təşkilidir. Və 2021-ci ildə bu mərkəz fəaliyyətə başlayır.

Rusiya sülhməramlılarının terrorçu xisləti hərkəsə məlumdur. Bəs qardaş Türkiyənin də yer aldığı bu monitorinq qrupunun passiv fəaliyyəti nədən irəli gəlir?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, həmin minalar monitorinq mərkəzi yaranmamışdan əvvəl basdırılmış ola bilər:

“Minaların aşkarlanmasını Monitorinq mərkəzinin səriştəsizliyi kimi qəbul etmək düzgün deyil. Türkiyə və Rusiyanın Birgə Monitorinq Mərkəzində hər iki tərəfin səlahiyyəti, imkanları bərabərdir. Daha çox ərazilərdəki Rusiya sülhməramlılarının fəaliyyətinə diqqət yetirməliyik. Müxtəlif təxribatçı hərəkətlər, atəşkəsin pozulması, Şuşanın hədəfə alınması, revanşist ideyalı addımların atılması  sülhməramlıların qarşısını almalı olduğu məqamlardır. Bütün bunlar Rusiya sülhməramlılarının nəzarətində olmalıdır, monitorinq mərkəzinin deyil…Türkiyə – Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti ideal səviyyədə olmaya bilər. Amma buradakı Türkiyə faktoru Rusiyanın hansısa qəsdli passivliyinin, güzəştlərinin qarşısını hər zaman alacaq”.

//Safura Bənnayeva, Editor.az