Türkiyə hərbi çevrilişdən sonra qəbul edilən konstitusiyanın biabırçılığından qurtulmalıdır – Rəcəb Tayyib Ərdoğanbackend

Türkiyə hərbi çevrilişdən sonra qəbul edilən konstitusiyanın biabırçılığından qurtulmalıdır – Rəcəb Tayyib Ərdoğan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün bildirib ki, hərbi çevrilişdən sonra qəbul edilən “konstitusiyanın utancından” xilas olmaq lazımdır.

“Bundan sonra Türkiyə hərbi çevrilişdən sonra qəbul edilən konstitusiyanın biabırçılığından qurtulmalıdır.

Mənim xalqım sivil, liberal, dövrün şərtlərinə cavab verən konstitusiyaya layiqdir”, – Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkənin yeni əsas qanunu onun gələcək uğurlu inkişafının açarına çevrilməli və onun inkişafında bütün siyasi qüvvələr fəal iştirak etməlidir. Ərdoğan dəfələrlə qeyd edib ki, Türkiyənin 1982-ci ildə qəbul edilmiş hazırkı konstitusiyası edilən bir sıra düzəlişlərə baxmayaraq, müasir tələblərə cavab vermir.

//Samir Qurbanov, Editor.az