Türkiyə ilə anlaşma pozuldu: Rusiyadan sonra İran da hərəkətə keçdibackend

Türkiyə ilə anlaşma pozuldu: Rusiyadan sonra İran da hərəkətə keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyada Əsəd rejimi və onu dəstəkləyən İranın nəzarətindəki terror qruplaşmalarının İdlibə hücumları nəticəsində 6 mülki vətəndaş yaralanıb.

Editor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

İdlibin Sərakib rayonunda yerləşən Əsəd ordusu və İranın dəstəklədiyi terrorçu qruplaşmalardan ibarət qüvvələri Binnişdə atəşkəs rejimini pozub.

Məlumata görə, hücum zamanı ikisi ağır olmaqla 6 mülki şəxs yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

2017-ci ildə keçirilən Astana görüşündə Türkiyə, Rusiya və İran Əsəd rejiminin nəzarətində olmayan ərazidə 4 “deeskalasiya zonası” yaratmaq qərarına gəlib.

Rejim, İranın dəstəklədiyi terrorçular və Rusiya hücumlarını davam etdirərək 4 bölgədən 3-nü ələ keçirərək İdlibə doğru irəliləyib. Türkiyə 2018-ci ilin sentyabrında Rusiya ilə atəşkəsi gücləndirmək üçün əlavə razılaşma əldə etsə də, 2019-cu ilin mayında hücumlar yenidən şiddətlənib. Türkiyə və Rusiya arasında 2020-ci il martın 5-də imzalanan yeni razılaşmadan sonra atəşkəs əsasən qorunub.

2017-2020-ci illər ərzində hücumlardan qaçan 2 milyona yaxın mülki şəxs Türkiyə sərhədinə yaxın bölgələrə köç etmək məcburiyyətində qalıb.

Teleqraf