Türkiyə ilə bağlı şok anket üzə çıxdı – Ərdoğan nöqtəni qoydubackend

Türkiyə ilə bağlı şok anket üzə çıxdı – Ərdoğan nöqtəni qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukrayna müdaxiləsindən təşvişə düşən İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün hərəkətə keçib.

Hər iki ölkə sürətli şəkildə NATO-ya daxil olmaq istəsə də, FETÖ və PKK terror təşkilatlarını dəstəkləməsi səbəbindən Türkiyənin vetosuna ilişib qalıb.

Prezident Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın NATO üzvlüyünə müsbət baxmadıqlarını bildirib. Türkiyənin bu addımından sonra panikaya düşən iki ölkə NATO-ya üzvlük üçün Ankaranın qapısını döyməyə başlayıb.

Bütün bu gəlişmələrin dünyanın gündəmində olduğu vaxt Türkiyə ilə bağlı diqqətçəkən bir anket ortaya çıxıb.

“Türkiyəyə hücum olarsa, onu müdafiə etməliyikmi” sualının ünvanlandığı sorğuda isveçlilərin 11 faizi “Hə”, 55 faizi isə “Yox” deyib.

Finlərin isə 5 faiz “Hə”, 69 faiz “Yox” cavabını verib.

Prezident Ərdoğanın isə məsələ ilə əlaqədar son açıqlaması belə olub:

“Hər iki ölkənin terror təşkilatlarına münasibəti açıq və qəti deyil. Bu prosesdə terror təşkilatlarına qarşı olduqlarını desələr də, terrorçuları təslim etməyəcəkləri ilə bağlı açıqlamaları var. Yunanıstan NATO-dan çıxmışdı. Amma o dönəmin rəhbərliyi yenidən Yunanıstanı NATO-ya qaytardı. İlk növbədə, Türkiyəyə sanksiya tətbiq edənlərə təhlükəsizlik təşkilatı olan NATO-ya üzv olmaq üçün “hə” deməyəcəyik. Çünki bu halda NATO təhlükəsizlik təşkilatı olmaqdan çıxa bilər. Buna “hə” demək mümkün deyil. Bizi razı salmağa gəlirlər, özlərini yormasınlar”.

Teleqraf.com