Ermənistan və Türkiyə hələ də danışıqlarda ciddi nəticə əldə edə bilməyib.
Bunu ER XİN rəhbəri İrəvanda Baltikyanı ölkələrin parlament sədrləri ilə görüşdə çıxışı zamanı deyib. Mirzoyan xatırladıb ki, sərhədləri 30 ildir bağlı olan Türkiyə ilə danışıqlar yüksək səviyyədə aparılır.
O əlavə edib ki, hər iki tərəf yaxşı bilir ki, sərhədlərin açılması təkcə özlərinə deyil, bütün regiona xeyir verəcək. “İntensiv dialoq gedir, amma təəssüf ki, “yerdə” hələ ki, ciddi, hiss olunan nəticələr yoxdur”, – Ararat Mirzoyan bildirib.
//Samir Qurbanov, Editor.az