Türkiyə ilə hərbi-strateji tərəfdaşlıq sazişi imzalamalıyıq – Ukraynalı ekspertbackend

Türkiyə ilə hərbi-strateji tərəfdaşlıq sazişi imzalamalıyıq – Ukraynalı ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya səfəri, ilk növbədə, Rusiyanın təcavüzü fonunda Türkiyənin getdikcə regionda və dünyada xüsusi mövqe tutduğunu göstərir”.

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.

Siyasi şərhçi bildirib ki, Türkiyə və Ukrayna xalqlarının çoxəsrlik dostluğu var:

“Türkiyənin getdikcə regionda və dünyada xüsusi mövqe tutması Ukrayna üçün, ümumiyyətlə, dünya siyasəti üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə və Ukrayna xalqlarının çoxəsrlik dostluğu var və ona görə də biz indi bir yerdə olub, dünyanın ağasına, hesab soranına çevrilmək istəyən Rusiyaya qarşı müqavimət göstərməliyik.

Hesab edirəm ki, Türkiyə ilə Ukrayna NATO-dan kənar hərbi-strateji tərəfdaşlıq haqqında saziş bağlamalıdırlar.

Türk PUA-larının Ukraynada istehsal olunması ilə bağlı Ərdoğanla Zelenskinin anlaşma imzalaması Ukrayna üçün çox yaxşı bir hadisədir. Çünki Ukrayna müdafiə qabiliyyətini, Rusiyanın təcavüzünü dəf etmək qabiliyyətini artırır”.