Türkiyə ilə Rusiya üçüncü dövlətlər vasitəsilə hesablaşmalar aparmayıbbackend

Türkiyə ilə Rusiya üçüncü dövlətlər vasitəsilə hesablaşmalar aparmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə ilə Rusiya Federasiyası arasında üçüncü dövlətlər vasitəsilə hesablaşmaların qurulması riskli olduğu üçün müzakirə olunmayıb.

Editor.az bildirir ki, bu barədə RİA Novosti bank sektorundakı mənbəyə istinadən məlumat yayıb. “Xeyr, bu müzakirə olunmayıb. Bu, risk daşıyır”, – agentliyin həmsöhbəti Ankara ilə Moskva arasında ödəniş köçürmələri ilə bağlı problemin həlli üçün üçüncü ölkələrdən istifadə etmək ehtimalını şərh edərkən deyib.

Xatırladaq kiŞ fevral ayında “Vedomosti” Türkiyə banklarının Rusiya şirkətlərinin hesablarını bağlamağa başladığını yazmışdı. Ötən həftə türk bankları bir sıra mal və xidmətlər üçün Rusiyaya ödənişləri bərpa ediblər. Türkiyə banklarının rusiyalı tərəfdaşları ilə müxbir əlaqələri saxlamaqdan imtina etməsi Rusiya Federasiyası bazarında lirənin mövqeyinin aşağı düşməsinə səbəb olmuşdu.

//Samir Qurbanov, Editor.az