Türkiyə İraqın şimalında antiterror əməliyyat keçirib – 30-a yaxın obyekt məhv edilibbackend

Türkiyə İraqın şimalında antiterror əməliyyat keçirib – 30-a yaxın obyekt məhv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Silahlı Qüvvələri ölkənin Milli Kəşfiyyat Təşkilatı ilə birgə İraqın şimalında antiterror əməliyyatı keçirib.

Editor.az Trend-ə istinadən bildirir ki, əməliyyatda 20-dən çox təyyarə iştirak edib.

Endirilən zərbələr nəticəsində terrorçulara məxsus 28 obyekt məhv edilib. Qeyd olunur ki, aviazərbələrin əsas hədəfi Türkiyə-İraq sərhədindən 200 kilometr cənubda, Asos bölgəsi olub.

Türkiyə Milli Müdafiə Nazirliyi antiterror əməliyyatlarının davam etdiriləcəyini bildirib.