“Türkiyə isə bunu istəmir, ona görə də ABŞ-nin Yaxın Şərqdə qurduğu oyunu pozmağa çalışır”- ŞƏRHbackend

“Türkiyə bunu istəmir, ona görə də ABŞ-nin Yaxın Şərqdə qurduğu oyunu pozmağa çalışır”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaxın Şərqdəki müharibənin genişlənməsi ilə bağlı səylər çox təhlükəlidir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyanın Baş naziri Necip Mikati ilə telefon danışığı zamanı deyib. O bildirib ki, Türkiyə savaşın genişlənməsinin qarşısını almaq üçün cəhdlərini davam etdirir.

Türkiyə Prezidentinin fikirlərini Editor.az-a şərh edən siyasi analitik Kənan Novruzov bildirib ki, Yaxın Şərqdə müharibənin genişlənmə ehtimalı var:

“Belə ki, İran hazırda müharibəyə təhrik və sövq edilir. Ancaq özü də başa düşür ki, müharibəyə qoşulsa, altından çıxa bilməyəcək. Necə ki, Rusiya indi Şərq Avropadakı müharibənin altından çıxa bilmir. Demək olar ki, oxşar ssenari tətbiq olunur. Yəni, Şərqi Avropada Rusiya, Yaxın Şərqdə də İran bataqlığa çəkilir. HƏMAS lideri İsmayıl Haniyənin öldürülməsindən sonra İran tərəfi açıqlama verdi ki, bunun intiqamı alınacaq. Ancaq hələ ki, bu istiqamətdə heç bir addım atılmayıb. Dünən Beyrudda baş verən partlayışdan sonra Hizbullah da intiqam alacağını bir daha bildirdi. Əgər İran və ya Hizbullah İsrailə qarşı ciddi addım atarsa, bu yolun geri dönüşü olmaz. Bu baxımdan ehtiyatla davranmaq lazımdır. Əslində İranın indiyə qədər təmkinin arxasında dayanan səbəb də budur”.

Siyasi analitik Hizbullah-ın əslində elə İranı təmsil edən qruplaşma olduğunu bildirib:

” Yaxın Şərqdə müharibənin genişlənməsində maraqlı olan tərəflər var, bunlardan biri də ABŞ-dır. ABŞ İsrail vasitəsilə özünün regiondakı maraqlarını təmin etməyə çalışır və bunu müəyyən gərginlik yaradaraq edir. Nəticə etibarilə də ABŞ qanla qidalanır. Türkiyə isə tam səmimi şəkildə Yaxın Şərqdə müharibənin bitməsini istəyir. Çünki İsraillə İran arasında birbaşa toqquşma baş tutarsa, uzaq perspektivdə Türkiyənin də müəyyən formada müharibəyə müdaxiləsinə ehtiyac yarana bilər. Türkiyə isə bunu istəmir, ona görə də ABŞ-nin Yaxın Şərqdə qurduğu oyunu pozmağa çalışır”.

//Gülnarə Abasova, Editor.az