Türkiyə İsrail brendlərinə qarşı tarixin ən böyük boykot kampaniyasını elan edib.
Editor.az “Yeni Akit” nəşrinə istinadən xəbər verir ki, qərar İsrailin Qəzza zolağına endirdiyi zərbələrlə bağlıdır.
Qəzet yazır ki, boykota dəstək ölkə sakinləri arasında populyarlıq qazanıb. İsrail brendləri ilə yanaşı, İsraili dəstəkləyən brendlər də boykot edilib.
Nəşr yazır ki, Türkiyə sakinləri daha tez-tez yerli məhsullar almağa başlayıblar ki, bu da istehsalçıları yeni inkişaflara sövq edib. Onu da əlavə etmək yerinə düşər ki, Türkiyə bazarlarında İsrail brendlərinin satışı üzrə ixtisaslaşmış bir çox şirkətlər var.
//Samir Qurbanov, Editor.az

