“Türkiyə-İsrail-Suriya münasibətlərinin nizamlanmasında Prezident İlham Əliyevin rolu danılmazdır”- Millət vəkilibackend

“Türkiyə-İsrail-Suriya münasibətlərinin nizamlanmasında Prezident İlham Əliyevin rolu danılmazdır”- Millət vəkili

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran prezidenti Məsud Pezeşkianın səfərindən sonra İsrailin baş naziri Netanyahunun planlaşdırılan səfəri ilə birbaşa əlaqənin olduğunu düşünmürəm. Ən azından ona görə ki, dövlət başçılarının səfərlərinin hazırlanması prosesi aylarla, bəzi hallarda isə, daha uzun müddət çəkir”.

Bunu Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəmməliyev deyib.

Onun sözlərinə görə, Türkiyə-İsrail-Suriya münasibətlərinin nizamlanmasında Prezident İlham Əliyevin rolu danılmazdır:

“Suriyada Əsəd rejimi yıxıldıqdan sonra qardaş Türkiyə ilə strateji tərəfdaşımız İsrail qarşı qarşıya gəldi. Bu iki dövlət arasındakı konflikt, Yaxın Şərq və Cənubi Qafqaz regionunun təhlükəsizliyini şübhə altına alır. Məlum “mavi mərmərə” insidentindən sonra Azərbaycanın səyləri müsbət nəticə vermiş və İsrail, Türkiyə rəhbərliklərinin qarşılıqlı səfərləri baş tutmuşdu.

İsrail və Azərbaycan arasında ikitərəfli iqtisadi, siyasi, mədəni əlaqələr yüksək səviyyədədir. Təhlükəsizlik, hərbi-sənaye, informasiya-kommunikasiya, kənd təsərrüfatı, energetika sahələrində əməkdaşlıq edirik. İsrail ən müasir texnologiyalara, elmi potensiala malik inkişaf etmiş ölkədir. Bu ölkənin təcrübəsindən bəhrələnmək, ümumi inkişafımıza əhəmiyyətli təkan verə bilər. Azərbaycan-İsrail münasibətləri tarixin sınaqlarından çıxmış əməkdaşlığa, dostluğa söykənir. 44 günlük müharibədə İsrailin verdiyi siyasi, mənəvi dəstək unudulmamalıdır. Bu baxımdan, Netanyahunun qarşıdakını səfərini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, səfər müsbət nəticələrlə tarixə düşəcək, dost ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində ciddi addımlar atılacaq.

İran tərəfinin reaksiyasının necə olacağına gəldikdə isə bu, bizi narahat etməməlidir. Azərbaycan öz milli, dövlət maraqlarına əsaslanan, müstəqil siyasət aparan dövlətdir. Dəfələrlə sübut edib ki, qonşularının əleyhinə olan heç bir layihədə iştirak etmir. İran bir dəfəlik bunu dərk etməlidir”.

//Gülnarə Abasova, Editor.az