Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzza və Livanda beynəlxalq hüququ, həmçinin yəhudi dövlətinin BMT Təhlükəsizlik Şurasının Colan təpələri ilə bağlı qətnaməsini pozduğunu açıqlayıb.
“Bu gün Suriya İsrailin ehtiyatsızlığına məruz qalıb. İsrailin Colan təpələrini işğal etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1967-ci il tarixli 242 saylı qətnaməsi var. Bu qətnamə İsrailin Colan təpələrini işğalını pisləyir və onun bölgədən çıxarılmasını tələb edir. Beynəlxalq ictimaiyyət bu qətnamənin geri çağırılması və həyata keçirilməsi üçün tədbirlər görsün”, – Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan qeyd edib ki, Türkiyə İsrailin Suriya siyasətinə təsir etmək və yəhudi dövlətini qanunları rəhbər tutmağa məcbur etmək üçün lazım olan hər şeyi edəcək. Türkiyə lideri həmçinin ABŞ və Qərb ölkələrini Tel-Əvivə təsir göstərməyə və “İsrail təcavüzünü” dayandırmağa çağırıb. Bölgəmizdə sülh və sabitliyi daim təhdid edən İsrail təcavüzü çox gec olmadan dayandırılmalıdır”, – Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
//Samir Qurbanov, Editor.az