Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla BMT-nin baş katibi Antonio Quterreş arasında telefon danışığı olub. Editor.az xəbər verir ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi çərçivəsində atıla biləcək addımlar müzakirə edilib. İki lider Türkiyənin vasitəçilik və bölgəyə günahsız mülki şəxslərə humanitar yardımın çatdırılması imkanlarını dəyərləndiriblər.
Davamlı hücumların vəziyyəti daha da çətinləşdirəcəyini vurğulayan Ərdoğan, tərəflərin təmkinli davranmasının və ani qərarlardan qaçmasının çox vacib olduğuna diqqət çəkib.
//Samir Qurbanov, Editor.az

