Türkiyə İstanbul və Çanaqqala boğazlarını hərbi gəmilərin üzünə bağlayıbbackend

Türkiyə İstanbul və Çanaqqala boğazlarını hərbi gəmilərin üzünə bağlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin kontr-admiralı Zeki Aktürk bildirib ki, Türkiyə Montrö Konvensiyasına ciddi şəkildə əməl etməyə davam edir. Konvensiyaya əsasən, Türkiyə İstanbul və Çanaqqala boğazlarından hər hansı hərbi gəmilərin keçməsini qadağan edib.

Editor.az bildirir ki, mətbuat konfransı zamanı cənab Aktürk xatırladıb ki, Müdafiə Nazirliyinin rəhbəri Yaşar Gülər oktyabrın 11-12-də alyansın Brüsseldəki qərargahında Ukrayna üzrə təmas qrupunun iclasında və NATO müdafiə nazirlərinin toplantısında iştirak edib. Bu görüşlərdə o Ukraynaya, onun ərazi bütövlüyünə dəstəyin intensiv şəkildə davam etdiyini, xüsusən də Qara Dəniz Taxıl Təşəbbüsünün dirçəldilməsi üçün, “Regional mülkiyyət” prinsipinə və Montrö Konvensiyasına uyğun Qara dənizdə balansın qorunmasının vacibliyini bildirib.

Qeyd edək ki, 1936-cı ildə qəbul edilən Montrö konvensiyası Türkiyənin İstanbul və Çanaqqala boğazları üzərində tam suverenliyini bərpa edib. 2022-ci ilin martında Türkiyə Konvensiyanın hərbi gəmilərin boğazlardan keçməsini qadağan edən 19-cu maddəsini tətbiq edəcəyi barədə Rusiya və Ukraynaya rəsmi məlumat verib.

Bundan sonra Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, Konvensiyaya uyğun olaraq, boğazlardan bir dənə də olsun hərbi gəminin keçməsinə icazə verməyib və verməyəcəklər.

//Samir Qurbanov, Editor.az