Türkiyə istehsalı olan vaksinin sınaq müddəti 15 həftə olacaq – AÇIQLAMAbackend

Türkiyə istehsalı olan vaksinin sınaq müddəti 15 həftə olacaq – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Turkovac”ın kliniki sınaq müddəti kimi 15 ay nəzərdə tutulub.

Oxu.Az xəbər verir ki, bu barədə “Bakı Sağlamlıq Mərkəzi”nin icraçı direktoru  Asiman Həsənov məlumat verib.

O bildirib ki, vaksin buster doza almış könüllülərin üzərində aparılacaq:

“Vaksinasiyada əsasən könüllər seçiləcək, onların zəruri müayinələri aparılacaq. Həmin dövrdə koronavirusa yoluxmadıqları, hər hansı ciddi patoloji xəstəliklərinin olub-olmadığı araşdırılacaq. İki tərəf arasında könüllülərin buster doza vaksinasiyasına uyğun olduğu protokollaşdırıldıqdan sonra buster dozanın kliniki sınaq vaksinasiyası aparılacaq”.