Türkiyə İsveçin müdafiə nazirini Ankaraya buraxmadıbackend

Türkiyə İsveçin müdafiə nazirini Ankaraya buraxmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İsveçin müdafiə naziri Paul Jonssonun ölkəyə səfərini ləğv edib.

Editor.az bildirir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Səfər şimal ölkəsinin NATO-ya üzvlüyü üçün Ankaranın razılığını almaqla bağlı problemlər səbəbindən ləğv edilib. Əvvəlcə Türkiyə İsveçdən Ankarada terrorçu sayılan Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətini məhdudlaşdırmağı tələb etmişdi.

Lakin Stokholmda keçirilən PKK-ya dəstək aksiyaları İsveçin tamamilə başqa mövqe sərgilədiyini göstərdi. Türkiyənin milli müdafiə naziri Hulusi Akar “Mövcud vəziyyətdə Ankara İsveç nazirinin səfərini ləğv etmək qərarına gəlib” – deyib. Yeri gəlmişkən bu gün, yanvarın 21-də də İsveçdə PKK tərəfdarlarının növbəti nümayişi planlaşdırılır. Qeyd edək ki, İsveç Finlandiya ilə birlikdə Rusiya hərbi əməliyyatı başlayandan sonra Şimali Atlantika Alyansına qoşulmaq üçün müraciət edib. Lakin Türkiyə və Macarıstan onların Alyansa daxil olmasına hələ ki, yekun razılıq verməyib.

  //Samir Qurbanov, Editor.az