Stokholm terrorla mübarizə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri faktiki yerinə yetirdikdə Türkiyə İsveçin NATO-ya üzv olmaq ərizəsini təsdiq edəcək.
Editor.az bildirir ki, Türkiyə parlamentinin sədri Numan Kurtulmuş deyib. “Türkiyə İsveçdən Madrid memorandumunun öhdəliklərinin konkret icrasını gözləyir”, – Numan Kurtulmuş deyib. Siyasətçinin sözlərinə görə, Ankara İsveçin terrorla mübarizəyə yönəlmiş qanun qəbul etməsini yüksək qiymətləndirir.
Lakin Stokholm bunun həyata keçirilməsi üçün tədbirlər görməyə borcludur. Türkiyə bu ədalətli tələbi yerinə yetirmədən İsveçin müraciətini təsdiqləməkdən imtina edəcək, Kurtulmuş vurğulayıb.
//Samir Qurbanov,Editor.az

