Türkiyə İsveçin NATO-ya üzvlüyü məsələsini niyə yubadır?backend

Türkiyə İsveçin NATO-ya üzvlüyü məsələsini niyə yubadır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə İsveçin NATO-ya üzvlüyü məsələsini uzadır ki, bu da ABŞ-Türkiyə münasibətlərinin dalana dirənməsinə gətirib çıxarıb.

Editor.az xəbər verir ki, məlumatı Türkiyənin “T24” qəzeti yayıb. “Türkiyənin İsveçin NATO-ya üzvlüyü məsələsində gözləmə mövqeyi tutması münasibətləri faktiki olaraq dalana dirəyib. Ötən iyulda NATO sammitindən sonra Amerika tərəfi Türkiyənin verdiyi vədlərə əməl etməməsindən şikayətlənib.

Əslində, parlament oktyabrda açılan kimi (Türkiyə) ) hökumət İsveçin üzvlüyünü təsdiqləməyə qərar verməli idi. Lakin parlamentin açılışı günü baş verən terror aktı, daha sonra isə oktyabrın 7-də Qəzzada başlayan müharibə hökumətə “əllərimiz bağlıdır” deməyə imkan verib, – “T24” qəzeti yazıb. Nəşrin qeyd edir ki, Türkiyə hakimiyyəti İsveçin üzvlüyünə razılıq vermək niyyətindədir, lakin neqativ hadisələri də nəzərdən qaçırmır. “Habertürk” kanalının məlumatına görə, üzvlük sənədi yaxın vaxtlarda Türkiyə parlamentinə təqdim olunacaq.

//Samir Qurbanov, Editor.az