“Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək, lakin şərtlər var”backend

“Türkiyə İsveçin NATO-ya üzvlüyünü təsdiq edəcək, lakin şərtlər var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin NATO-ya üzvlüyü ilə bağlı protokolun ratifikasiyası ilin sonuna qədər tamamlana bilər.

Editor.az xəbər verir ki, bunu RİA Novosti-yə Türkiyə Böyük Millət Məclisindəki mənbə bildirib.

Bununla belə, o qeyd edib ki, yekun qərar qərarı yenidən gecikdirə biləcək məsələlərin olub-olmamasından asılı olacaq. Bundan əvvəl Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri Fuat Oktay Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməyə tələsməyəcəyini bildirmişdi. O qeyd edib ki, müvafiq komitə bu məsələni “öz prioritetləri çərçivəsində” müzakirə edəcək. Oktay İsveçin Şimali Atlantika Alyansına üzvlük məsələsinin bəzi ölkələr qədər Türkiyəni də narahat etmədiyini vurğulayıb. O, parlamentin bu məsələni “vaxtında” müzakirə edəcəyinə əmin edib.

Qeyd edək ki, Ukrayna böhranı səbəbindən İsveç Finlandiya ilə birlikdə 2022-ci ildə NATO-ya üzvlük üçün müraciət edib. 4 aprel 2023-cü ildə Finlandiya rəsmi olaraq alyansa üzv olub. İsveçin girişi Stokholmda Qurani-Kərimin yandırılması və Türkiyənin bu məsələdə tutduğu mövqeyə görə təxirə salınıb.

//Gülnarə Abasova, Editor.az