Türkiyə ixracda rekord qırırbackend

Türkiyə ixracda rekord qırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə xaricə tədarük rekordları qırmaqdadır.

Editor.az TRT Haber-ə istinadən xəbər verir ki, bunu Türkiyə Ticarət Nazirliyinin rəhbəri Ömər Bolat deyib. “Bu ilin oktyabr ayında ixracımız ötən ilin eyni dövrü ilə müqayisədə 7,4% artaraq 22,9 milyard dollara çatıb.

Beləliklə, oktyabr ayında tarixdə ən yüksək ixrac göstəricilərinə nail olduq”, – Bolat vurğulayıb. İlin əvvəlindən ixracda da rekord qeydə alınıb. Belə ki, ötən on ay ərzində Türkiyənin ixracı 254,4 milyard dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 265 milyard dollar səviyyəsini ötmək planlaşdırılır., yerli telekanal TRT Haber xəbər verir.

//Samir Qurbanov, Editor.az