ABŞ geri çəkilmə prosesini tamamlamadan “Taliban”ın hakimiyyəti ələ keçirdiyi Əfqanıstanda, NATO missiyası çərçivəsində xidmət edən Türk əsgərlərinin ölkədə qalıb -qalmayacağı və Kabil Həmid Karzai Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək vəzifəsi ilə bağlı müzakirələr davam edir.
Editor.az xəbər verir ki, “Reuters”xəbər agentliyi, Taliban Kabulu ələ keçirdikdən sonra Türkiyənin hava limanını təmin etmək planını dayandırdığını açıqlayıb. Ankara hələ bu mövzuda rəsmi açıqlama verməyib. Türkiyə üçün ən çətin məsələlərdən biri də Əfqanıstandan gələ biləcək mühacirlərdir.
Prof. Dr. Əhməd Kasım Xan və BBC -nin 20 ildən sonra Talibanın ölkəni yenidən ələ keçirdiyi Əfqanıstanda Türkiyənin hərbi mövcudluğunun vəziyyəti və gələcəkdə baş verə biləcək hadisələrlə bağlı izləniləcək strategiya ilə bağlı suallarını cavablandırıb.
O, bildirib ki, Türkiyənin Kabul hava limanını qoruması üçün heç bir əsas yoxdur:
“Türkiyənin Kabul Həmid Kərzai Hava Limanının təhlükəsizliyini təmin etmək vəzifəsinin əsasən Talibanla o vaxtkı Kabul hökuməti arasında münasibətlərdə bir növ “asanlaşdırıcı” rol oynamağı hədəfləmişdi. Taliban Kabulu ələ keçirdikdən sonra isə buna ehtiyac yoxdur”.
//Gülnarə Abasova, Editor.az

