Türkiyə kəşfiyyatı İraqda terrorçulara rəhbərlik edən qadını məhv edibbackend

Türkiyə kəşfiyyatı İraqda terrorçulara rəhbərlik edən qadını məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (Milli İstihbarat Teşkilatı – MİT)  İraqda həyata keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının rəhbərlərindən biri olan Tekoşin Cizreni zərərsizləşdirib.

Məlumatda qeyd olunur ki, zərərsizləşdirilən qadının kod adı Aişə Arslan olub və o, 2004-cü ildən PKK/YPG təşkilatının sıralarına daxil olub.

Qadın terrorçu İraqın Hakurk bölgəsində özünə qərargah qurmuş terrorçuların təşkilatlanmasına cavabdeh şəxs olub.

Oxu.az