Türkiyə Krımın ilhaqını tanımadığını bir daha bəyan etdibackend

Türkiyə Krımın ilhaqını tanımadığını bir daha bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın Krımın qeyri-qanuni ilhaqını tanımadıqlarını və Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bir daha bəyan edib.

Editor.az Türkiyə mənbələrinə istinadən bildirir ki, bununla bağlı Nazirlik Krımın qanunsuz ilhaqının 9-cu ildönümü ilə əlaqədar yazılı açıqlama yayıb. Açıqlamada Ukraynaya bağlı olan Krım Muxtar Respublikasının 9 il əvvəl – martın 16-da keçirilən qeyri-legitim referendumla beynəlxalq hüquqa zidd olaraq Rusiya tərəfindən ilhaq edildiyi bildirilib. Bəyanatda bu ifadələr yer alıb: “Krımın yerli xalqı olan Krım tatar türklərinin vəziyyəti ölkəmiz üçün hər zaman prioritet məsələdir.

Türkiyə tarixi vətənləri Krımda olan Krım tatar soydaşlarımıza dəstəyini davam etdirəcək, onları qoruyub saxlayacaq, onların təhlükəsiz və əmin-amanlıq içində yaşaması üçün hər şeyi edəcək”.

 //Samir Qurbanov,Editor.az