Türkiyə martın ortalarına qədər Finlandiyanın NATO-ya üzv olmasına icazə verəcək.
Editor.az bildirir ki, bu barədə “Bloomberg” yazıb. Nəşrin məlumatına görə, Finlandiyanın NATO-ya üzv olmaq istəyi Türkiyə tərəfindən martın ortalarına qədər, yəni Türkiyə parlamentinin tətilindən əvvəl təsdiqlənə bilər. Agentlik həmçinin məlumatlı mənbələrə istinadən İsveçin müraciətinin rədd ediləcəyini də iddia edib.
Onların fikrincə, Türkiyə prezidenti belə bir fikirdədir ki, İsveçdən fərqli olaraq Finlandiya hakimiyyəti onlardan gözlənilən tədbirləri görür və Türkiyədə qadağan olunmuş qrupları iflic etməyə çox yaxınlaşıb.
Qeyd edək ki, Finlandiyanın baş naziri Helsinki və Stokholmun NATO-ya birlikdə qoşulmalı olduğunu, prosesin başqa variantının olmadığını deyib.
//Samir Qurbanov,Editor.az

