Türkiyə mediası: Seçkilər bir il müddətinə təxirə salınacaqbackend

Türkiyə mediası: Seçkilər bir il müddətinə təxirə salınacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 Türkiyə mediası prezident seçkilərinin bir il təxirə salınacağını proqnozlaşdırır.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Habertürk” qəzeti mənbələrə istinadən xəbər yayıb: Türkiyədə ümumi seçkilərin bir il müddətinə təxirə salınması gözlənilir, belə bir təşəbbüsü respublikanın ən yüksək seçki komissiyası irəli sürə bilər.
Yazı müəllifləri qeyd edirlər ki, hakim koalisiya bu məsələni baxılması üçün komissiyaya göndərə bilər. Çünki zəlzələ ilə əlaqədar bir sıra vilayətlərdə seçki keçirmək mümkün olmadığı üçün komissiya seçkilərin təxirə salınmasını xahiş edəcək.
Bundan əlavə, müəlliflər seçkinin altı ay və ya bir il təxirə salınmasından danışırlar. Qeyd eək ki, Türkiyə baş nazirinin keçmiş müavini Bülənt Arınç seçkilərin təxirə salınacağını proqnozlaşdırmışdı. Onun fikrincə, ölkə indi seçkilik deyil.
//Samir Qurbanov, Editor.az