Türkiyə Mərkəzi Bankından manatla bağlı qərarbackend

Türkiyə Mərkəzi Bankından manatla bağlı qərar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Mərkəzi Bankı (TMB) tərəfindən mübadilə olunan xarici valyutalar siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi əlavə edilib.

Bu barədə Türkiyə Mərkəzi Bankının yeni qərarında deyilir. Qərar Türkiyənin “Resmi gazete” qəzetində dərc olunub.

Bununla da Türkiyə Mərkəzi Bankının alqı-satqısını həyata keçirdiyi valyutaların sayı 22-yə çatıb.

Hazırda Türkiyə Mərkəzi Bankı tərəfindən mübadilə olunan xarici valyutalar siyahısında ABŞ dolları, Avstraliya dolları, Azərbaycan manatı, BƏƏ dirhəmi, Bolqarıstan levi, Çin yuanı, Danimarka kronu, avro, Cənubi Koreya vonu, Britaniya funt sterlinqi, İran rialı, İsveç kronu, İsveçrə frankı, Yaponiya yeni, Kanada dolları, Qətər rialı, Küveyt dinarı, Norveç kronu, Pakistan rupisi, Rumıniya leyi, Rusiya rublu və Səudiyyə Ərəbistanı riyalı yer alır.

//Trend