Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) cinayətkar kiberşəbəkəni ifşa edibbackend

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) cinayətkar kiberşəbəkəni ifşa edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) əməkdaşları ölkədə cinayətkar kiberşəbəkə aşkar ediblər.

Onun iştirakçıları öz işlərində ölkə vətəndaşlarının qanunsuz yolla əldə etdikləri şəxsi məlumatlarından istifadə ediblər.

Editor.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı mühüm məlumatların xarici platformalar vasitəsilə qanunsuz ticarəti qeydə alınıb. 3 gənc həbs edilib, istintaq onların terror təşkilatları ilə əlaqəsini sübuta yetirə bilib. Cinayətkarlar öz işlərində qabaqcıl texnologiyalardan istifadə edərək, fəaliyyətlərini təkcə iqtisadi mənfəət üçün deyil, həm də Türkiyəyə qarşı istifadə məqsədilə diqqətlə gizlədiblər.

MİT əlavə edib ki, terror təşkilatlarının təbliğat, kəşfiyyat məlumat toplama və qeyri-qanuni gəlir əldə etmək üçün rəqəmsal platformalardan getdikcə daha çox istifadə etdiyi müəyyən edilib.

//Samir Qurbanov, Editor.az