Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Vaşinqtona gedibbackend

Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Vaşinqtona gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 4-ü axşam saatlarında Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri Vaşinqtona gəlib.

Editor.az bildirir ki, bu barədə Türkiyə mətbuatı yazır. Səfər zamanı İbrahim Kalın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns ilə görüşəcək. Onun Ağ Evdə, Konqresdə və Dövlət Departamentində də görüşləri var.

Qarşıdakı danışıqlarda ikitərəfli əməkdaşlıq və PKK, FETÖ və İŞİD terror qruplaşması ilə mübarizə məsələlərinə xüsusi diqqət yetiriləcək.

Bundan əlavə, Kalın Cənubi Qafqaz və Qəzza zolağında baş verən son hadisələrdən danışmaq niyyətindədir. İraq, Suriya və Ukraynadakı vəziyyət də diqqət mərkəzində olacaq.

//Samir Qurbanov, Editor.az