Türkiyə və Misir prezidentləri Rəcəb Tayyib Ərdoğan və Əbdülfəttah əs-Sisi Qətərdə keçirilən futbol üzrə dünya çempionatının açılışı çərçivəsində keçirilən ziyafətdə görüşüblər.
Editor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı iki liderin əl sıxışan fotosunu təfərrüatsız dərc edərək yazıb. Bu, onların ilk görüşüdür və iki ölkə arasında münasibətlərin normallaşması prosesinin başlanğıcı kimi qəbul edilə bilər.
Qeyd qdək ki, Misirlə Türkiyə arasında münasibətlər 2013-cü ilin yayında prezident Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib. 2013-cü il noyabrın 23-də Misir hakimiyyəti öz səfirini Türkiyədən geri çağırmış və Türkiyə səfirini persona non-qrata elan etmişdi.
//Samir Qurbanov,Editor.az

