Türkiyə Misiri silahlandırcaqbackend

Türkiyə Misiri silahlandırcaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara və Qahirə hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər. Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Türkiyə Misirə 350 milyon dollar dəyərində silah göndərəcək.

Müqaviləyə əsasən, Türkiyə Misiri təkcə silahla təmin etməyəcək, həm də burada istehsalın qurulmasına kömək edəcək. Müqavilənin bir hissəsi olaraq, Türkiyə Misirə dronlara qarşı çıxa bilən “Tolga” hava hücumundan müdafiə sistemləri tədarük edəcək. Raket sistemlərinin dəyəri 130 milyon dollardır.

Türkiyənin dövlətə məxsus MKE korporasiyası həmçinin Misirdə 7,62 mm və 12,7 mm-lik sursat, eləcə də 155 mm-lik mərmi istehsal edəcək fabriklər quracaq. Layihənin 220 milyon dollara başa gələcəyi gözlənilir.

//Samir Qurbanov, Editor.az