Müxalifət partiyaları Türkiyə tarixində görünməmiş siyasi biabırçılıq törədiblər. Bir ilə yaxındır prezidentliyə namizədini müəyyən edə bilməyən CHP, İYİ Partiya, Səadət Partiyası, DEVA Partiyası, Gələcək Partiyası və Demokrat Partiyasının qurduğu 6 partiyalı masada namizədlik və yer uğrunda mübarizə seçkilərə az qalmış pik həddə çatıb.
Keçən cümə günü Kılıçdaroğlunun namizədlik tətbiqinə etiraz edərək “6-lı masa”dan ayrılan İYİ Partiya sədri Meral Akşener, daha əvvəl “qumar masası” olaraq xarakterizə etdiyi masaya yenidən qaydıb. Türkiyənin məşhur “Sabah” qəzetinə istinadən Editor.az xəbər verir ki, bu biabırçılıq hətta 1977-ci ildə baş verən və yaddaşlara həkk olunmuş “Günəş Motel” qalmaqalını belə kölgədə qoyub. Beləliklə, 6 tərəf arasındakı çirkli sövdələşmənin təfərrüatları və cümə günündən bu yana baş verənlər: 3 mart 2023-cü ildə keçirilən 12-ci toplantıda 5 siyasi partiya Kamal Kılıçdaroğlunu ‘vahid namizəd’ olaraq göstərib.
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mənsur Yavaşın adlarının çəkilməsində israrlı olan Akşener, məcburiyyət qarşısında masadan qalxıb. Akşener bir gün sonra verdiyi açıqlamada, “Şəxsi ambisiyaların Türkiyədən üstün tutulduğunu anladıq. Bu nöqtədə “6-lı masa” millətin iradəsini əks etdirmə qabiliyyətini itirib və Notarius masasına çevrilib, qumar və notarius masasında olmayın”, – deyib. Akşener masanın “xalqın iradəsini əks etdirmək qabiliyyətini itirdiyini” də vurğulayıb.
Bu açıqlamalardan sonra İYİ Partiya ilə CHP arasında gərginlik yaşanıb və bunun ardınca qarşılıqlı ittihamlar başlayıb. Dünən yeni bir hadisə baş verib. Əkrəm İmamoğlu və ya Mansur Yavaş Akşeneri masaya qayıtmağa razı salmaq üçün İyi Partiya Ümumi Qərargahı binasına gediblər. 10 dəqiqə davam edən görüşdə Akşenerin bu iki ada vitse-prezidentlik təklif etdiyi bildirilib. Görüşdən sonra İYİ Partiyanın sözçüsü Kürşad Zorlu, “Bu təkliflər yaxın bir neçə dəqiqə ərzində hörmətli prezidentimiz tərəfindən Kamal Kılıçdaroğluna çatdırılacaq. Danışıq prosesi bu şəkildə davam edəcək”, – dedyib. Bundan sonra telefonla danışan Kılıçdaroğlu ilə Akşener oteldə görüşüb söhbət etməyə razılaşıblar. Çukurambar səmtindəki oteldə bir araya gələn iki lider namizədliklə bağlı danışıq aparıblar.
Görüşə İmamoğlu və Yavaş da qatılıb. Görüşdən sonra Meral Akşener daha əvvəl iştirak etməyəcəyini açıqladığı “:-lı masa”nın 13-cü iclasına qatılıb. Qurulduğu gündən böhran, xaos və qarşıdurma içərisində olan 6 partiyalı koalisiyanın son toplantısına Səadət Partiyası ev sahibliyi edib. Saat 15.50-də başlayan yığıncaqda edilən çirkli bazarlıqlardan sonra “6-lı Masa”nın prezidentliyə namizədi CHP sədri Kamal Kılıçdaroğlu olub.
Yığıncaqda, Mənsur Yavaş və Əkrəm İmamoğlu bələdiyyə başqanı olduqları halda, İYİ Partiyasının sədri Meral Akşenerin vitse-prezidentlik vəzifəsini tutması tələbi də müzakirə edilib. Meral Akşener görüşdən sonra təşkil edilən şam yeməyinə qatılmayıb.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!