Avropada koronavirus epidemiyasının zəifləməsi nəticəsində ölkələr karantin qaydaları ilə bağlı yeni qərarlar elan etməyə başlayıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Fransada da ölkədəki epidemioloji vəziyyətin stabilləşməsi ilə əlaqədar olaraq səyahət qaydalarındakı bəzi məhdudiyyətlərə dəyişikliklər edilib. Belə ki, “narıncı” siyahıda olan və vətəndaşlarının Fransaya səyahətinə məhdudiyyət qoyulan 46 ölkə bu siyahıdan çıxarılıb. Siyahıdan çıxarılanlar arasında Türkiyə də var.
Qeyd edək ki, buna qədər Fransaya səyahət etmək üçün bu 46 ölkənin vətəndaşından Fransada tanınan ikinci doza peyvəndin vurulması tələb olunurdu. Qanuna görə Fransaya səyahət etmək istəyən şəxslər 72 saat əvvələ aid COVİD testinin nəticəsini də təqdim etməliydilər. Qanunla tələb olunan sənədlər təqdim olunmadıqda siyahıda olan ölkələrin vətəndaşları 14 gün müddətində karantinə alınırdılar.
//Editor.az

