Türkiyə NATO baş katibi postuna yeni namizədi təsdiqləyəcəkmi?backend

Türkiyə NATO baş katibi postuna yeni namizədi təsdiqləyəcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Mark Ruttenin NATO baş katibi postuna namizədliyini təsdiqləməyə hələlik hazır deyil.

Editor.az “Bloomberg”ə istinadən yazır ki, Ankara əvvəlcə Niderlandın baş nazirindən təşkilat üzvlərinə qarşı qərəzsiz münasibət barədə zəmanət almaq istəyir. “Türkiyə Ruttenin və ya hər hansı digər namizədin Aİ üzvlərinə qarşı qərəzli olmamasını və xüsusən də onun Aİ-yə üzv olan Yunanıstan və Kiprin təzyiqlərinə boyun əyməməsini təmin etməkdə maraqlıdır”, – xəbər agentliyi bildirib.

Məlumata görə, Türkiyə hakimiyyəti Şimali Atlantika Alyansına Yens Stoltenberqin əvəzinə Mark Ruttenin rəhbərlik etməsinə üstünlük versə də, Ankara hələ də Ruttenin namizədliyi ilə razılaşmır.

//Samir Qurbanov, Editor.az