Türkiyə NATO-nun planlarını alt-üst etdibackend

Türkiyə NATO-nun planlarını alt-üst etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə NATO səfirlərinə İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı iddialarının siyahısını təqdim etməklə, ölkələrin Alyansa üzvlük üçün müvafiq müraciətlərinə baxılması üçün erkən prosedur səsverməsinə mane olub.

Editor.az xəbər verir ki, bu barədə “The New York Times” yazıb. Qeyd olunur ki, Türkiyənin iddiaları əsasən kürd terrorçularına dəstək ittihamları ilə bağlıdır. “Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bunlar İsveç və Finlandiyanın NATO üzvlüyünə şübhə yaradır”, – nəşr qeyd edir. Analitiklər deyirlər ki, Ərdoğan qlobal böhran şəraitində irəli sürdüyü tələblərinin daha çox “dəyər” qazanacağına ümüd edir. Qeyd edək ki, Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı açıqlamasına rəsmi etirazı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Nyu-Yorkda dövlət katibi Entoni Blinkenlə görüşünə saatlar qalmış gəlib. NBSNews-un məlumatına görə, Ərdoğan israr edir ki, Finlandiya və İsveç

“Türkiyənin terrora qarşı həssaslığına daha çox həssaslıq nümayiş etdirməlidir”. “Müttəfiqlərimizin bizi başa düşməsini və dəstəkləməsini gözləyirik” – deyən Ərdoğan, eyni zamanda müttəfiqlərin heç birinin bunu nümayiş etdirmədiyini də bildirib. CNN-in məlumatına görə, Ərdoğan hər iki ölkəni separatçı terror təşkilatı – Kürdüstan Fəhlə Partiyasının (PKK) üzvlərinə və Türkiyənin 2016-cı ildə dövlət çevrilişinə cəhd edən Fətullah Gülən tərəfdarlarına sığınacaq verməkdə ittiham edib. Ərdoğan həmçinin bildirib ki, İsveç Türkiyənin terrorla əlaqəli hesab etdiyi 30 nəfərin ekstradisiyasına da rədd cavabı verib. Xatırladaq ki, PKK Türkiyə, ABŞ və Avropa Birliyi tərəfindən terror təşkilatı elan edilib.

Editor.az