Türkiyə NATO-nun qapılarını İsveçin üzünə qapadırbackend

Türkiyə NATO-nun qapılarını İsveçin üzünə qapadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ankara çox güman ki, Stokholmun Şimali Atlantika Alyansına qoşulmaq təklifini 2022-ci ilin sonuna qədər, hətta 2023-cü ilin iyununda Türkiyədə keçiriləcək prezident seçkilərinə qədər ratifikasiya etməyəcək.

Editor.az bildirir ki, bu barədə “Bloomberg” agentliyi yazıb. “Türkiyənin ilin sonuna qədər İsveçin NATO-ya üzvlük üçün müraciətini ratifikasiya edəcəyi çətin görünür və bunun gələn il keçiriləcək seçkilərdən əvvəl də baş vermə ehtimalı azdır”, – agentlik bildirib. Nəşrin yazdığına görə, İsveç hakimiyyəti Türkiyənin tələblərini təmin etmək üçün yetərincə iş görməyib və bu ilin sonuna kimi Türkiyə parlamentinin keçiriləcək iclaslarının gündəliyi artıq təyin edilib.

Məqalədə deyilir ki, Stokholm Ankaranın əvvəllər irəli sürdüyü, o cümlədən kürd separatçılarının fəaliyyətinin qarşısının alınması, Türkiyəyə silah satışına qoyulan məhdudiyyətlərin tamamilə ləğvi, o cümlədən Türkiyə hakimiyyətinin terrorizmdə və dövlət çevrilişinə cəhddə iştirakda ittiham etdiyi şəxslərin ekstradisiyası kimi tələblərini yerinə yetirməsə, Ankara məsələni parlamentdə ratifikasiyaya etməyə hazırlaşmayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı “təlaşa düşməməyə” çağırmış, Türkiyə parlamentinin təsdiqi olmadan prosesin irəliləməyəcəyini bildirmişdi.

  //Samir Qurbanov,Editor.az