Türkiyə NATO-ya bütün sahələrdə ən çox töhfə verən ölkələr arasında həmişə ilk 5-likdədir.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“NATO üzvləri arasında fikir ayrılıqları var. Amma Türkiyə NATO-nun möhkəm müttəfiqidir və alyansa töhfə verməyə davam edəcək. Türkiyə NATO üzvlərinin 90 faizindən daha çox töhfə verir”, – deyə nazir qeyd edib.

