Türkiyə Niderlandla, Fransa Finlandiya ilə qarşılaşacaqbackend

Türkiyə Niderlandla, Fransa Finlandiya ilə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Futbol üzrə 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura start veriləcək.

İlk oyun günündə 5 qrupda 13 qarşılaşma təşkil olunacaq.

A qrupunda yer alan Azərbaycan millisi Portuqaliyanı qəbul edəcək. Qrupun digər matçında Serbiya İrlandiyanın qonağı olacaq. Lüksemburq seçməsi ilə yoldaşlıq görüşdə Qətərlə qarşılaşacaq.

Son dünya çempionu Fransa Finlandiyanı sınağa çəkəcək. D qrupunda Bosniya və Herseqovina – Qazaxıstan oyunu da keçiriləcək.

G qrupunda mübarizə aparan Türkiyə seçməsi Niderlandla üz-üzə gələcək. Bu qrupda Norveç Cəbəllütariqlə, Monteneqro isə Latviya ilə qarşılaşacaq.

DÇ-2022, seçmə mərhələ
VI tur
4 sentyabr

A qrupu

20:00. Azərbaycan – Portuqaliya

22:45. İrlandiya – Serbiya

Xal durumu: Serbiya – 10, Portuqaliya – 10, Lüksemburq – 6, İrlandiya – 1, Azərbaycan – 1

D qrupu

22:45. Bosniya və Herseqovina – Qazaxıstan

22:45. Fransa – Finlandiya

Xal durumu: Fransa – 9 (5 oyuna), Finlandiya – 5 (3), Ukrayna – 5 (5), Bosniya və Herseqovina – 2 (3), Qazaxıstan – 2 (4)

F qrupu

22:45. Danimarka – İsrail

22:45. Avstriya – Şotlandiya

22:45. Farer adaları – Moldova

Xal durumu: Danimarka – 15, İsrail – 10, Şotlandiya – 8, Avstriya – 7, Farer adaları – 1, Moldova – 1

G qrupu

22:45. Monteneqro – Latviya

22:45. Norveç – Cəbəllütariq

22:45. Niderland – Türkiyə

Xal durumu: Türkiyə – 11, Niderland – 10, Norveç – 10, Monteneqro – 7, Latviya – 4, Cəbəllütariq – 0

H qrupu

22:45. Rusiya – Malta

22:45. Slovakiya – Kipr

22:45. Xorvatiya – Sloveniya

Xal durumu: Rusiya – 10, Xorvatiya – 10, Sloveniya – 7, Slovakiya – 6, Malta – 4, Kipr – 4

Yoldaşlıq görüşü

22:45. Lüksemburq – Qətər