Türkiyə nümayəndəsi Ukrayna xüsusi sessiyasında çıxış edibbackend

Türkiyə nümayəndəsi Ukrayna xüsusi sessiyasında çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi səfir Sedat Önal Rusiya-Ukrayna müharibəsinin birinci ilini tamamlamaq üzrə olan BMT Baş Assambleyasının Ukrayna üzrə Fövqəladə Xüsusi Sessiyasında çıxış edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Türkiyənin ilk gündən prinsipial mövqe sərgilədiyini, Ukraynadakı müharibəni rədd etdiyini və bunun qəbuledilməz olduğunu bildirən Önal Türkiyənin Antalya və İstanbulda diplomatik təşəbbüslərdə asanlaşdırıcı rol oynadığını da qeyd edib.
Önalın sözlərinə görə, Türkiyə BMT Baş Assambleyasında qəbul edilən qətnamələrə müsbət səs verməklə bu məsələ ilə bağlı mövqeyini qəti şəkildə nümayiş etdirib.

Türkiyənin mövqeyinin Krımın qeyri-qanuni ilhaqına qarşı çıxmasının təbii davamı olduğuna diqqət çəkən Önal müharibədən bu yana bir il ərzində ölkənin mövqeyinin dəyişmədiyini qeyd edib.

“Ukraynanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini sonuna qədər dəstəkləyirik. Müharibəyə qarşı mövqeyimiz dəyişməz olaraq qalır və Ukrayna torpaqlarının ilhaqını da rədd edirik”,-deyə o, bildirib.

//Safura Bənnayeva, Editor.az