Türkiyə “olmaz”, ABŞ isə “olar” – deyirbackend

Türkiyə “olmaz”, ABŞ isə “olar” – deyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Amerika Birləşmiş Ştatları İsveç və Finlandiyanın NATO üzvlüyünə hazır olduğuna əmindir.

Editor.az bildirir ki, bu barədə “Reuters” Dövlət Departamentinin sözçüsü Ned Praysa istinadən xəbər verir. Onun bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Şimali Atlantika Alyansına daxil olmaqda Türkiyədən dəstək gözləməməsi ilə bağlı sözlərindən sonra verilib:

“Bizim qiymətləndirməmiz ondan ibarətdir ki, Finlandiya və İsveç Alyansa qoşulmağa hazırdır. Finlandiya və İsveçin NATO-ya üzv olmağa hazır olmasının səbəblərindən biri onların qabaqcıl demokratik ölkələr olmasıdır”, – Prays bildirib.

  //Samir Qurbanov, Editor.az