Türkiyə Milli Müdafiə Nazirliyi öz rəsmi saytında Suriyada bir neçə terror obyektinin məhv edilməsi ilə bağlı açıqlama yayıb.
Press-relizdə Türkiyə ordusunun silahlı qüvvələrinin Kürdüstan Fəhlə Partiyasının (PKK) Suriya qolunun neft quyularına, anbarlarına, sığınacaqlarına və neft anbarlarına hücum etdiyi bildirilib. Hərbi əməliyyat zamanı 30 quru hədəfi məhv edilib.
Müdafiə Nazirliyi qeyd edir ki, ordu BMT-nin ölkəyə hücum zamanı silahlı müdafiədən istifadə etmək hüququnu bildirən 51-ci maddəsi çərçivəsində hərəkət edib. Departament həmçininöz bəyanatında kürd terrorçularının hamısı məhv edilənə qədər əməliyyatların davam edəcəyini qeyd edib.
//Samir Qurbanov, Editor.az

