Türkiyə özünün S-400 analoqunu yaradır – Uğurlu sınaqları keçirilibbackend

Türkiyə özünün S-400 analoqunu yaradır – Uğurlu sınaqları keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə özünün «yer-hava» sinfindən olan uzaq məsafəli «Siper» raketini uğurla sınaqdan keçirib.

Yerli istehsal olan və 2023-cü ilə silahlanmaya qəbul ediləcək hava hücumundan müdafiə sisteminin sınaqları davam edəcək, – deyə “Tvitter”də Müdafiə Sənayesi İdarəsinin başçısı İsmail Demir yazıb.

Onun sözlərinə görə,Türkiyə yeni silahların istehsalını davam etdirəcək və özünün 6-ya qədər müxtəlif hava hücumundan müdafiə sisteminə malik olacaq.

«Siper» layihəsinə Türkiyənin müdafiə şirkətləri ASELSAN, ROKETSAN və Türkiyə elmi-texniki tədqiqatlar Şurası başçılıq edir.

Gözlənildiyi kimi, Rusiyanın S-400 sistemi ilə rəqabət aparacaq «Siper»dən başqa «Korkut» PVO, «Sunur» və «Hisar» sistemləri də işlənir.