Türkiyə parlamenti İsveçin NATO üzvlüyü məsələsinə nə vaxt baxacaq?backend

Türkiyə parlamenti İsveçin NATO üzvlüyü məsələsinə nə vaxt baxacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabah- yanvarın 16-da Türkiyə parlamenti qış fasiləsindən sonra öz işini davam etdirəcək, lakin İsveçin NATO-ya üzv olmaq üçün müraciəti məsələsi ilə iclasa başlamayacaq.

Editor.az Türkiyə mənbələrinə istinadən bildirir ki, Qanunvericilik Məclisinin Baş Assambleyası Türkiyə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin rəhbərləri Hakan Fidan və Yaşar Gülərin iştirak edəcəyi terrorla mübarizəyə həsr olunmuş iclas keçirməyi planlaşdırır.

Mənbə bildirib ki, iclasın yekunu üzrə müvafiq qərar qəbul olunacaq. Qeyd olunur ki, İsveçin NATO-ya qəbulu ilə bağlı ratifikasiya protokolunun təsdiqi məsələsinə hələlik baxılmayacaq. Mənbə əlavə edib ki, digər qanunvericilik aktları da prioritet qaydada deputatların səsverməsinə çıxarılacaq.

//Samir Qurbanov, Editor.az