Türkiyə parlamenti İsveçin NATO-ya qəbulunu təsdiqləyibbackend

Türkiyə parlamenti İsveçin NATO-ya qəbulunu təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamenti aylarla davam edən müzakirələrdən sonra İsveçin NATO-ya daxil olmasını təsdiqləyib.

Məlumata görə, İsveçin NATO-ya qəbulu ilə bağlı Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında qəbul edilib. Səsvermədə 346 deputat iştirak edib. Onların 287-si lehinə, 55-i isə əleyhinə səs verib.

İndi İsveçin NATO yolundakı yeganə maneə Macarıstandır. Budapeştin də yaxın günlərdə analoji qərarı qəbul edəcəyi gözlənilir.

Oxu.az