Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün son tarix bəlli olubbackend

Türkiyə parlamentinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün son tarix bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə parlamenti İsveçin NATO-ya üzvlük ərizəsini iyulun 21-dək təsdiq edə bilər.

Editor.az bu barədə “CNN Türk”ə istinadla xəbər verir.

Daha sonra qanun layihəsi baxılmaq üçün prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunacaq. Əvvəllər ölkənin Şimali Atlantika Alyansına qoşulması ilə bağlı müraciətinin parlamentin payız sessiyasında təsdiqlənəcəyi bildirilirdi.

İyulun 11-də NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, Ərdoğan və İsveçin baş naziri Ulf Kristerssonla danışıqlardan sonra Türkiyə yaxın gələcəkdə İsveçi hərbi-siyasi bloka daxil etməyə razılaşıb.

//Gülnarə Abasova, Editor.az