Türkiyə polisi bu gün İzmir əyalətində iri antiterror əməliyyatı keçirib. Əməliyyat zamanı İslam Dövləti (İD) terror təşkilatının terror aktları hazırlayan 10 silahlısı saxlanılıb.
Editor.az bildirir ki, bu barədə Türkiyənin “Hürriyyət” qəzeti yazıb. “İzmir vilayətinin Bornova bölgəsində keçirilən antiterror əməliyyatı zamanı partlayıcı maddələrdən istifadə etməklə ölkədə terror aktları hazırlayan 10 İŞİD yaraqlısı saxlanılıb”, – Respublika Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya deyib.
Xüsusi əməliyyatın təfərrüatları barədə məlumat verilmir. Yalnız bildirilir ki, saxlanılan şəxslər artıq partlayıcı maddələrdən istifadə etməklə terror aktları hazırladıqlarını etiraf ediblər.
//Samir Qurbanov, Editor.az