Türkiyə prezidenti: “Beynəlxalq təşkilatları konkret addımlar atmağa çağırıram”backend

Türkiyə prezidenti: “Beynəlxalq təşkilatları konkret addımlar atmağa çağırıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəşəriyyəti təhdid edən, lakin nədənsə görünməz hesab edilən irqçilik, ksenofobiya, islamofobiya və nifrət nitqi dəhşətli səviyyəyə çatıb.

Editor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT Baş Məclisinin 75-ci illik sessiyasında onlayn çıxışı zamanı deyib.

Ksenofobiya və irqçiliyin pandemiya dövründə artdığını, həssas qrupdan olan insanlara, xüsusilə miqrantlara və sığınacaq axtaranlara qarşı zorakılıq aktlarının çoxaldığını bildirən Türkiyə Prezidenti qeyd edib ki, qərəzdən və cəhalətdən irəli gələn bu təhlükəli meyillərə ən çox müsəlmanlar məruz qalır.

“Bu təhlükəli siyasi istiqamətə görə məsuliyyət daşıyanlar reytinq naminə populist ritorikaya müraciət edən siyasətçilər və ifadə azadlığından sui-istifadə edərək nifrət nitqini qanuniləşdirən marjinal qruplardır. Təcili olaraq bütün beynəlxalq təşkilatları bu düşüncəyə qarşı mübarizədə daha konkret addımlar atmağa çağırıram”, – deyə Prezident Ərdoğan vurğulayıb.