Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində üzərimizə düşən vəzifələri bundan sonra da yerinə yetirməkdə davam edəcəyikbackend

Türkiyə Prezidenti: Müdafiə sənayesi sahəsində üzərimizə düşən vəzifələri bundan sonra da yerinə yetirməkdə davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə sənayesi sahəsində atılacaq addımlar böyük əhəmiyyət kəsb edir.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 13-də Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

Müdafiə sənayesi sahəsində atılacaq addımlarla yanaşı, bu sahədə təhsil məsələsinin də önəmini vurğulayan Türkiyə Prezidenti deyib: “Bu sahədə üzərimizə düşən vəzifələr var. Bu vəzifələri bu günə qədər yerinə yetirdiyimiz kimi, bundan sonra da eyni qaydada həyata keçirməyə davam edəcəyik”.